29 Aprel 2017 08:52
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada "Yabloko" partiyasının fəalı Natalya Fyodrovanın üzünə kimyəvi maddə atıblar.

Teleqraf.com-un mk.ru-ya istinadən xəbərinə görə, bu barədə partiyanın lideri Sergey Mitroxin bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində qadın görmə qabiliyyətini itirib. O, hazırda xəstəxanadadır.

Sergey Mitroxin deyib ki, hadisəyə səbəb son iki ildə onun Naxim prospektində divar kağızı mağazasının genişləndirməsinə davamlı etiraz etməsidir:

Nisbətən balaca olan mağazanı 2,5 dəfə böyütmək istəyirlər. Nəticədə buradakı ev praktiki olaraq məhv olacaq. Orada hələ yeraltı avtomobil parkı tikilməsi də nəzərdə tutulub. Buna qarşı çıxan qadına bu hadisəyə qədər iki dəfə xəbərdarlıq olunub. Birinci dəfə onun pəncərəsinə pnevmatik silahdan atəş açılıb. İkinci dəfə isə onun mənzilinə tabut qoyublar. Hər iki faktla bağlı polisə müraciət edilib. Bundan sonra isə ona hədə dolu zənglər edilib.

Bu gün isə naməlum şəxs evinin yaxınlığında ona tərəf qaçıb. Qadın onu görməyib. Həmin şəxs Natalya Fyodrovanın üzünə kimyəvi məhlul atıb.

Qadınını üzü və gözləri yanıb. O, görmə qabiliyyətini itirib. Həkimlər deyir ki, görmə qabiliyyəti bərpa olunacaq. Amma hələlik bunu proqnozlaşdırmaq çətindir. Biz faktla bağlı araşdırma aparılmasını tələb edəcəyik" - partiya lideri deyib.

Qeyd edək ki, bu, "Yabloko" fəallarına qarşı ilk belə hadisə deyil. Bundan öncə naməlum şəxslər "Yabloko"dan keşmiş deputatlığa namizəd Yuliya Qalyaminanın avtomobilinin təkərlərini deşmişdilər.

Teleqraf


Müəllif: