15 İyul 2014 20:16

HDP Şanlıurfa millət vəkili İbrahim Ayxan İŞİD-in Şanlıurfadan qərargah kimi istifadə etdiyini deyib.


Alınan məlumata görə, Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili İbrahim Ayxan İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının Türkiyənin Şanlıurfa şəhərində at oynatdığını iddia edib: “Kobanidə kürdlərə çox ciddi hücumlar davam etməkdədir.

İŞİD qruplaşması Kobani xalqına qarşı böyük qətliamlar törədir. Bu hücumlar orada yaşayan xalqımızı çox ciddi təhdid edir. Orada insanlığı məhv etmək istəyirlər. Biz də burada altı gündür qurduğumuz çadırlarla Kobani xalqının yanında olduğumuzu göstərmək istəyirik. Başda Türkiyə olmaqla İŞİD Orta Asiyada bəlli qüvvələr tərəfindən dəstəklənir.

Şanlıurfa bu dəstəyə şahid bölgələrdən biridir. İŞİD yaraqlıları Şanlıurfada at oynadır. Xəstəxanalardan tutmuş silah-sursatadək bir çox sahələrdə Şanlıurfadan, demək olar, bir qərargah kimi istifadə olunur. Bu da AKP hökumətinin gözü qarşısında baş verən hadisədir”.

/publika.az/


Müəllif: