21 May 2017 16:35
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibdə terror aktı baş verib, nəticədə 20-dən çox silahlı öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə İdlibdə, Bəşər Əsədə qarşı müxalifətdə olan Şam İslam Hərəkatının qərargahında baş verib. Kamikadze hücumu zamanı 20 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Ölənlərin sayının artması ehtimalı var.

Hərəkatın nümayəndəsi Ömər Həttab bildirib ki, İdlibin şərq hissəsində bomba ilə dolu olan motosikletin sürücüsü qərargaha kamikadze hücumu təşkil edib. Sürücü əlindəki çanta ilə qərargaha daxil olaraq bombanı partladıb.

Hələlik Suriyadakı hərbi qruplaşmalardan heç biri hücumu üzərinə götürməyib.


Müəllif: Cavad