18 İyun 2017 12:00
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netenyahu Məscidi Əqsanın Şam Qapısını təhlükəsizlik bölgəsi elan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dünən axşam Şərqi Qüdsdə 3 fələstinli gənc və bir İsrail polisi ölüb.

Baş nazir də bu səbəbdən Məscidi Əqsanın Şam Qapısını təhlükəsizlik ərazi elan edib. Baş nazir dünən axsan təhlükəsizlik konfransı keçirib və qərarını da orada açıqlayıb. Bundan başqa, Netenyahu Qüdsdə İsrail qüvvələrinin sayının artırılması, təhlükəsizlik tədbirlərinin görülməsinə dair təlimat da verib.

Medianın xəbərinə görə, dünən axşam saatlarında İsrail əsgərlərinə hücum olub. Hadisə zamanı 3 fələstinli gənc öldürülüb, bir İsrail polisi isə aldığı yaradan sonra xəstəxana da vəfat edib.


Müəllif: Cavad