22 İyun 2017 18:13
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aya Sofiya məbədində Qədir gecəsi proqramının keçirilməsi və səhər azanının oxunmasını Yunanıstan tərəfi qəbul edilməz təxribat adlandırıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Aya Sofiya məbədində keçirilən tədbirə Türkiyənin dini işlər komitəsinin rəhbəri, professor Mehmet Görməz də qatılıb.

Yunanıstan tərəfi Türkiyənin bu davranışını kəskin tənqid edib . Yunanıstan Xarici İşlər Nazirliyinin şərhində qeyd edilib ki, Aya Sofiya məbədində dini qurumlar komitəsinin rəhbərinin iştirakı ilə Quran oxunması, ibadət edilməsi və bunun televiziya vasitəsilə canlı yayımını qınayırıq.

Rəsmi Afina beynəlxalq ictimaiyyəti Türkiyənin bu hərəkətlərinə reaksiya göstərməyə çalışıb.


Müəllif: Cavad