26 İyun 2017 12:16
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın 111 regionunda yerli bələdiyyə seçkilərinin II turu keçirilib.

Teleqraf.com xəbər verir ki, seçkilərin ilkin nəticəsinə görə iri şəhərlərin əksəriyyətində sağ mərkəzçi partiyaların namizədləri qalib gəlib.

Qeyd edək ki, yerli seçkilərin I turu iyunun 11-də keçirilib. Lakin seçkiyə qatılan namizədlərin heç biri 50+1 faiz səs toplaya bilməyib. Bu səbəbdən də 111 əyalətdə seçkinin II turu keçirilib.

Cenova, Parma, Catanzaro, Toronto, Verona və digər yerlərdə 4 milyon 300 min seçici səs verib.

Bu seçkilərin ilkin nəticəsinə görə, hakimiyyətdə olan sol mərkəzçi Demokrat Partiyası məğlub olub.

Seçkilərin rəsmi nəticəsi bir neçə gündən sonra açıqlanacaq.


Müəllif: Cavad