25 İyul 2017 21:48
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Ukraynanın seçkilərdə Hillari Klintona dəstək verdiyini iddia edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Kiyevin Klintona dəstək adı altında seçkilərə müdaxilə etdiyini bildirib.

“Ukraynanın Trampın kampaniyasını pozmaq cəhdi az da olsa Klintonun mövqeyinin yaxşılaşmasına kömək edib. Cənab prokuror (Ceff Seşns), bəs araşdırmalar etmisən?”, – deyə Tramp Tvitterdə yazıb.

Ukraynanın ABŞ-dakı səfirliyi Trampın iddialarını yalanlayıb.


Müəllif: Teleqraf.com