15 Avqust 2017 12:07
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhqiqatlar Bürosu (FTB) Ukrayna tərəfindən Krımda hazırlanan diversiya aktlarının qarşısını alıb. Ukrayna Təhlükəsizlik Şurasının agenti Gennadi Limeşko həbs edilib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu fikirlər Rusiya FTB-nin yaydığı məlumatda əks olunub.

Məlimatda bildirilir ki, Xarkov vilayətinin sakini, baş kəşfiyyatçı Gennadi Limeşko Krma gələrək, bir sıra diversiya aktları hazırlamağa çalışıb. FTB-nin məlumatına görə, onun məqsədi Sudak-Noviy Svet elektrik xəttini kəsmək, Sudak-Aluşta rayonunda meşə yanğını törətmək, dağ uçqunu vasitəsilə Sudak-Noviy Svet avtomobil yolunu bağlamaq, habelə Rıbaçye rayonunda kommunal təsərrüfat obyektlərindən birini yandırmaq olub: "O, avqustun 12-də FTB əməkdaşları tərəfindən Sudak-Noviy Svet elektrik xəttini kəsərkən, yaxalanıb".


Müəllif: Nahid