18 Avqust 2017 15:35
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Çikaqo şəhərində qeydiyyatda olan 1,8 milyon seçicinin şəxsi məlumatları kömpüter təhlükəsizliyi sistemində baş verən qəza səbəbindən internetə sızıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Səsvermədə elektron xidmətlər göstərilməsi kompaniyası “Election Systems & Software” serverdən informasiya sızmasının olduğunu təsdiqləyib. İnsident avqustun 12-də baş verib. Kompaniya bu barədə yerli hakimiyyət orqanlarından məlumat alan kimi operativ qaydada təhlükəsizlik sistemini bərpa edib. Olayla bağlı kompaniya daxili araşdırma aparır.

Sızma nəticəsində internetdə seçicilərin adları, ünvanları, doğum tarixləri, həmçinin sürücülük və şəxsiyyət vəsiqələrinin nömrələri yayılıb. Seçicilərin səsverməsinin nəticələri barədə məlumat isə internetə sızmayıb.


Müəllif: Səxavət