19 Avqust 2017 16:00
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın məşhur jurnalı Donald Trampın şəklini üz qabığına verib.

Teleqraf.com xəbər verir ki, "Şpigel"in növbəti sayında üz qabığına çıxarılan ABŞ liderinin başında Ku Klux Klan-ın konusşəkilli papağı təsvir edilib.

Şəklin altına “Donald Trampın gerçək üzü” yazısı da əlavə olunub. Jurnalın bu addımı atmasına səbəb Xarlottesvilli hadisəsidi.

Xarlottesvillidə irqçilərin nümayişinə etiraz edən anti-irqçi qrupun üstünə maşın sürülmüş, nəticədə bir qadın ölmüş, bir neçə nəfər yaralanmışdı.

Hadisədən sonra Tramp öz nitqində ümümi sözlərdən istifadə eləmiş, irqçiləri qınamamışdı. Hətta ABŞ liderinin çıxışını Ku Klux Klan tərəfdarları dəstəkləmişdilər.

Ku Klux Klan 1865-ci ildə ABŞ-da Tennesseedə qaradərililərə qarşı qurulan irqçi qruplaşmasıdı.


Müəllif: Elçin Murad