17 Sentyabr 00:25

İraqın Baş naziri Heydər əl-Abadi Mosulda həbs edilən 16 yaşlı almaniyalı qız Lındanın Mosulda Bağdadda həbsxanada olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, İbadi "Assoşieyted Press"ə bildirib ki, İraq məhkəməsi Lindaya ölüm hökmu çıxarmaq məsələsinə baxacaq.

"Bilirsiniz, bəzi qanunlara görə, yeniyetmələr öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Xüsusən də bu hərəkətlər cinayət xarakterlidirsə və günahsız insanların ölümünə səbəb olursa, onda məsuliyyət daha böyükdür", - İbadi deyib.

Qeyd edək ki, Linda Mosulda 20 terrorçu ilə birlikdə həbs edilib. O, məktəblidir və 2016-cı ildə Almaniyada islamı qəbul edəndən sonra itkin düşüb.


Müəllif: Təfərrüat