25 İyul 2014 12:25
502

BMT ilk dəfə Bəşər Əsədin razılığı olmadan Suriyaya humanitar yardım göndərir.

Cümə axşamı yemək və ilkin vacib əşyalarla dolu doqquz yük maşını Türkiyə-Suriya sərhəddini keçib.

Bir həftə əvvəl BMT Suriya hökümətinin razılığını gözləmədən belə humanitar yardım barədə qətnamə qəbul edib.

BMT-nin məlumatına görə, 10.8 milyon suriyalının yardıma ciddi ehtiyacı var.

Suriyada silahlı qarşıdurma üç ildən çoxdur davam edir. Bu müddət ərzində 150 min insan həyatını itirib, 9 milyondan çox suriyalı evlərindən didərgin düşüb.

/BBC/


Müəllif: