22 Oktyabr 2017 14:07
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gen mühəndisliyi çox təhlükəli bir şeydir – bununla bir tərəfdən yeni texnologiyalar daha effektiv dərmanların yaranmasına və ən ağır xəstəlikləri müalicəsinə imkan yaradır, başqa bir tərəfdən isə insan oğlu təbiətin və ya inanclıların hesab etdiyi kimi tanrının verdiyi kodları dəyişdirmək imkanı əldə edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin 10 ölkədən gəlmiş gənclərlə görüşündə deyib. O bu üsulla proqramlaşdırılmış insan yaratmağın mümkün ola biləcəyini qeyd edib, lakin:

"Ola bilsin ki, bu insan dahi riyaziyyatçı, yaxud musiqiçi, ancaq ola da bilsin ki, qorxu hissi olmayan, ağrı və əzab bilməyən amansız döyüşçü olacaq.

Putinin fikrincə, yaxın zamanlarda insanlıq öz mövcudluğunun çox mürəkkəb dövrünə qədəm qoyacaq:

"İndi sizə bu dediklərim bəlkə də nüvə bombasından da dəhşətli bir şey olacaq. Ona görə də heç vaxt əxlaqi və etik əsasları unutmaq olmaz: nə edirsiniz edin, bu, bəşəriyyətə xeyir verməli, insanlığı möhkəmləndirməli, onu dağıtmamalıdır".


Müəllif: Alpər Cəbrayıl