17 Noyabr 2017 16:54
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:05

NATO Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbinə tuş gələn məsələ ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açıqlamada günahkar zabitin ordudan qovulduğu bildirilib.

Qeyd edək ki, hadisə NATO-nun Norveçdəki təlimləri zamanı baş verib. Adı açıqlamayan zabit düşmən hədəfinin üzərinə Ərdoğan və Atatürkün fotolarını yapışdırıb.

Bununla əlavədar olaraq Ərdoğan təlimdə iştirak edən 40 türk əsgərini geri çağırıb.

***

NATO təlimlər zamanı baş verən olayla bağlı Türkiyədən üzr istəyib.

Bununla bağlı NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib:

“Türkiyədən üzr istəyirik”.

Bu arada, hadisəni törədən şəxsin türk əsilli Norveç vətəndaşı olduğu aydınlaşıb.


Müəllif: Samir