16 Dekabr 2017 20:55
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 1 həftə keçirilən antiterror əməliyyatlarında PKK-nın 39 terrorçusu zərərsizləşdirilib.

Bu barədə Hərbi Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, antiterror əməliyyatları Diyarbəkir, Mardin, Tunceli, Siirt, Şırnak, Bitlis, Batman vilayətlərində keçirilib. Terrorçuların Zap, Hakurk, Avaşin-Basyan əraziləriində, İraqın şimalındakı mövqelərinə zərbələr endirilib.

Əməliyyatların gedişində terrorçuların 63 sığınacağı, həmçinin 17 əldəqayırma partlayıcı qurğuları məhv edilib. Təhlükəsizlik qüvvələri xeyli sayda silah-sursat müsadirə ediblər.

Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb./report/


Müəllif: Teleqraf.com