25 Aprel 2014 20:05
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya əhalisinin etnik tərkibinə daha bir milli azlıq - kornuollular və ya korntslar əlavə olunub.

Britaniya Xəzinədarlığının baş katibi Denni Aleksander Devid Kemeronun başçılıq etdiyi hökumətin qəbul etdiyi qərarı rəsmi şəkildə açıqlanıb. Birləşmiş Krallıqda milli azlıqlar statusu bu günə kimi şotlandlara, irlandlara və valliyalılara verilib.

İnzibati cəhətdən hersoqluq olan Kornuol Britaniya taxt-tacının şəxsi mülkü sayılır. Ənənəyə görə, bu mülk hakimiyyətdə olan monarxın böyük oğlunun idarəçiliyinə verilir.

Hazırda hersoqluğun süzereni şahzadə Çarlzdır, onun xanımı Kamilla isə Kornuol hersoginyasıdır.

Müasir elm kornuolluları hələ anql, saks və yut tayfaları müasir Almaniya və Danimarka ərazisindən Britaniya adalarına köç etməmişdən əvvəl burada məskunlaşan keltlərin birbaşa nəsilləri sayır.

Hazırda Kornuolun əhalisi 500 min nəfər təşkil edir. Onların 80 min nəfəri özlərini xüsusi xalq – kornuollular sayır.

AzərTAc


Müəllif: