20 Yanvar 2018 20:31
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Berlin bu iki ərəb ölkəsinə silah satışını dayandırıb.

Səbəb hər iki ölkənin Yəməndə dinc sakinlərə hücum etməsidir.

Qərar Xristian Demokratlar Birliyi və Sosial Demokratları Partiyası tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Almaniya 2016-cı ildə Səudiyyəyə 42 milyon avro, 2017-ci ildə isə 150 milyon avro dəyərində silah göndərmişdi.


Müəllif: Samir