21 Yanvar 2018 17:15
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:57

Əfqanıstanın paytaxtı Kabildə terror olub.

Teleqraf.com xəbər verir ki, Kabildəki “İntercontinental Otel”də baş verən silahlı hücumda 5 nəfər ölüb. Ölənlərdən biri xarici vətəndaşdır.

Hücum zamanı mühafizə xidmətinin 3 əməkdaşı 41 xarici öklə vətəndaşı daxil olmaqla 150-dən çox insanı xilas edə bilib.

Qeyd edək ki, otelə basqın edən dörd terrorçudan üçü öldürülüb. Biri isə sağ ələ keçirilib. Başqa terrorçuların da olub-olmadığını bilmək üçün oteldə axtarışlar aparılır.

***

Əfqanıstanın paytaxtı Kabildə "Taliban" silahlılarının "Intercontinental Hotel" otelinə hücumu nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Hücuma görə məsuliyyəti "Taliban" radikal hərəkatı öz üzərinə götürüb.


Müəllif: Xəzər Süleymanlı