22 Yanvar 2018 14:51
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Vitse-prezidenti Maykl Pens ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Qüdsdə keçirilir.

Tərəflər təhlükəsizlik məsələləri, İranla nüvə sazişi və ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Qeyd edək ki, Pens İsraildən Misir və İordaniyaya səfər edəcək.


Müəllif: Samir