17 Fevral 2018 11:33
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mərsin şəhərində 4 otel və 3 kazinoda insan alverinə qarşı əməliyyat keçirilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı insan alveri ilə məşğul olan 24 nəfər polis bölməsinə aparılıb.

Məhkəmə onlardan 16-nın həbsinə, 8-nin isə şərti cəza ilə mühakimə olunmasına qərar verib.

Əməliyyat zamanı əxlaqsızlıqla məşğul olunan 38 qadın da saxlanılıb. Onlardan 5-də cinsi yolla yoluxan müxtəlif xəstəliklər aşkarlanıb.

Qadınlardan 35-i xarici ölkə vətəndaşı olduqları üçün ölkədən deportasiya ediliblər.


Müəllif: İlhamə Əbülfət