13 Mart 2018 16:01
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın İngiltərədə öldürülməsi ilə bağlı böhran dərinləşir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İngiltərə Baş naziri Tereza Meyin bu hücumda Moskvanı təqsirləndirməsi Rusiya tərəfinin qəzəbinə səbəb olub.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov qətllə əlaqədar istintaq sənədlərinin Moskvaya təqdim olunması tələbini Londonun rədd etdiyini bildirib.

Bununla əlaqədar İngiltərənin Moskvadakı səfiri Rusiya XİN-ə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Qeyd edək ki, martın 11-də Skripal və Yuliyanın meyiti İngiltərədəki ticarət mərkəzindən tapılıb. Onların kimyəvi maddə ilə zəhərləndirildiyi bildirilib.


Müəllif: Samir