21 May 2018 01:25
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya liderinin ABŞ prezidenti ilə görüşdən imtinası Pxenyanın sonu olacaq.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə amerikalı respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində bildirib.

ABŞ və Şimali Koreya liderlərinin Sinqapurda keçirilməsi nəzərdə tutulmuş danışıqlarının baş tutmama ehtimalını dəyərləndirən senatora görə, KXDR səhvə yol verirlər: "Əgər görüşə gəlməsələr, bu o deməkdir ki, diplomatiya sona çatdı. Bu bizi yenidən münaqişəyə qaytaracaq”.

Daha öncə verilmiş məlumata əsasən, Donald Trampla Kim Çen Inın görüşü iyunun 12-də Sinqapurda keçiriləcək. ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirməsi Pxenyanı öz mövqeyindən daşındırıb.


Müəllif: Teleqraf.com