17 Avqust 2014 09:51
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniya Ebola xəstəliyinə görə Qvineya, Liberiya və Syerra-Leone ölkələrindən olan turistlərə ölkəyə girişinə qadağa qoyub.

Keniyalılara qeyd olunan ölkələrə getməsinə heç bir məhdudiyyət tətbiq edilməyib.

Kenya Airways, öz növbəsində, avqustun 19-dan Liberiya və Syerra-Leoneya uçuşların tam dayandırılacağını bəyan edib.



Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bundan əvvəl Ebola virusunun yayılması təhlükəsi olduğundan iri nəqliyyat qovşağı olan Keniyanı yüksək riskli zonaya aid edib.



Hazırda Qərbi Afrikada Ebola xəstəliyindən 1145 nəfərin öldüyü qeydə alınıb.

/APA/


Müəllif: