20 Avqust 2014 12:48
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən son siyasi hadisələrin əsas müxalifət partiyası CXP-də çaxnaşmalar yaratması artıq hamıya məlumdur.

Teleqraf. com-un xəbərinə görə, bu səbəbdən partiyada növbədənkənar qurultay keçirilməsi qərara alınıb.

Sentyabrda keçiriləcək qurultayda Gəzi Parkı hadisələrində fəallığı ilə diqqət çəkən bəzi məşhur şəxslərin CXP məclisinə seçiləcəyi gözlənilir.

Bu şəxslər arasında aktyor Levent Üzümçü, “Qalatasaray” idman klubunun idarə heyətinin üzvü Mehmet Karlı və tanınmış aktrisa Şəbnəm Sönməz də var. Ancaq sonradan Şəbnəm Sönməz şəxsi Twitter hesabından bu iddianı yalanladı.

Partiya məclisinə seçimlərin iki gün davam edəcək. Məclisə ən azı 15 yeni üzvün seçiləcəyi gözlənilir.

Ülviyyə


Müəllif: