30 Aprel 2014 22:01
547

Ukraynada Slavyansk şəhərinin meri Nelya Ştepa istefa verib.

Teleqraf.com-un UNN agentliyinə istinadən verdiyi xəbərə görə, istefa özünü şəhərinin “xalq meri” adlandıran Vyaçeslav Ponomaryovun təzyiqi ilə əlaqələndirilir.

Donetsk vilayətinin dövlət administrasiyası tərəfindən yayılan məlumatda Slavyanskda vəziyyətin mürəkkəbləşdiyi bildirilir.


“Separatçı hərəkatın lideri V.Ponomaryov şəhər rəhbərliyinə hədə-qorxu gəlməkdə davam edir. Onun sərəncamlarını yerinə yetirmədikdə isə müharibə vaxtı qanunlarına uyğun hərəkət edəcəyi ilə təhdid edir. Bu səbəbdən bu gün şəhər sovetinin iclasında deputatlar yekdilliklə Nelya Ştepanın istefasının lehinə səs veriblər”, - sənəddə deyilir.


Müəllif: