2 May 2014 11:03
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Düvr limanında duran gəmidə yanğın baş verib.

Teleqraf.com-un İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 10 nəfər xəsarət alıb. Gəminin göyərtəsində 300 nəfərin olduğu bildirilir. Gəmi La-Manş boğazı ilə Fransa və Böyük Britaniya arasında hərəkət edir.

Xəsarət alanlardan 5 nəfər ekipaj üzvü, 5 nəfər isə sərnişin olub.

Şahidlərin sözlərinə görə, yanğın gəminin mühərrik şöbəsində baş verib.

Hadisənin başvermə səbəbi araşdırılır.


Müəllif: