2 Fevral 2015 18:33
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ikinci dəfə Yəmən səfirini geri çağırıb.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, fransalı rəsmilər buna səbəb kimi bu ölkədəki təhlükəli vəziyyəti göstərib. Səfirliyinin hansı müddətdə bağlı qalacağı açıqlanmayıb.

Qeyd edək ki, 2013-cü ilin avqust ayında Fransa ilk dəfə Sanadakı səfirini eyni səbəbdən geri çağırıb.

Samir


Müəllif: