4 Fevral 2015 08:57
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniyada İŞİD-in təhdidlərinə qarşı sərt cavab tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Yerli hakimiyyət pilotunun edam olunmasına cavab olaraq İŞİD terror qruplaşması ilə əlaqəli iki terrorçunu artıq edam edib. Onlardan biri İŞİD-in israrla azad olunmasını tələb etdiyi qadın terrorçudur.

Teleqraf.com-un “TASS”-a istinadən məlumatına görə, ölüm hökmü İordaniya paytaxtında 2005-ci ildə 60 nəfərin ölümü ilə nəticələnən üç partlayışın törədilməsində ittiham olunan İraq vətəndaşı Səcidə ər-Rişavi barəsində icra edilib.

Həmçinin daha çox Əbu Hədifə adı ilə tanınan Ziyad əl Karbuli edam olunub. Ziyad əl Karbuli 2007-ci ildə xüsusi xidmət orqanları tərəfindən məhv edilən “Əl Qaidə”nin İraq qolunun rəhbəri Əbu Musab əz-Zərkayinin yaxın silahdaşı olub.

Qeyd edək ki, İordaniya hökuməti bir neçə saat əvvəl İŞİD silahlılarının iordaniyalı pilot Muaz əl Kasasbehi edam etməsinə cavab olaraq yaxın saatlarda İŞİD-lə əlaqəli olan 6 terrorçunu edam edəcəyini açıqlayıb.

Xatırladaq ki, İŞİD girovda saxladığı iki Yaponiya vətəndaşını və iordaniyalı pilotu edam etməzdən əvvəl onları azad etmək üçün İordaniyada həbsdə saxlanılan Səcidə ər Rişavinin azadlığa buraxılmasını tələb edirdi.


Müəllif: