14 May 2014 17:14
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan mədən faciəsinin baş verdiyi bölgəyə gedib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Somada mədəndəki faciədə ölənlərin sayının 232-yə qalxdığını açıqlayıb.

Qeyd edək ki, baş nazir Ərdoğanla birgə Bülent Arınç, Bəşir Atalay, daxili işlər naziri Efkan Ala, səhiyyə naziri Mehmet Müezzinoğlu, sabiq nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım da hadisə yerinə gəlib.

Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız hazırda axtarış-xilaetmə əməliyyatının davam etdiyini, amma zamanın onların əleyhinə olduğunu deyib.

Yıldız baş verən hadisənin səbəbləri haqqında hələlik hər hansı bir versiya irəli sürülməsinin tez olduğunu da vurğulayıb. Onun sözlərinə görə, faktla bağlı cinayət xarakterli məsələlər üzə çıxdığı təqdirdə cavabdeh şəxlər cəzalandırılacaq.

Xatırladaq ki, mədəndə partlayışa elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. Taner Yıldız qəza vaxtı şaxtada 787 nəfərin olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb.

Dəniz Əliyeva


Müəllif: