15 May 2014 12:37
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran düşmən elan etdiyi İsraillə hərbi ticarət aparırmış.

Belə bir sensasion xəbər dünya mətbuatında yayılıb. Məlumatlara görə, ABŞ İsrailin İrana iki dəfə hərbi avadanlıqlarla dolu gəmi göndərdiyi iddialarını araşdırır.

Yayılan xəbərlərdə bildirilir ki, İsrail bir Yunanıstan şirkətinin vasitəçiliyi ilə hərbi avadanlıqlar və hərbi təyyarə hissələri alıb.

Bu arada "New York Times" xəbər yayıb ki, hərbi avadanlıqla dolu birinci gəmi 2012-ci ilin dekabrında, ikinci gəmi isə 2013-cü ilin aprelində İrana göndərilib. Qəzet iddia edib ki, İsrail İrana F-4 Tomkat və F-14 Tomkat qırıcı təyyarələri üçün hissələr də satıb. Hərbi avadanlıqla dolu gəminin İsrailin Binyamina-Givat Ada qəsəbəsindən Hayfa limanına yön aldığı , oradan da İrana göndərildiyi bildirilir.

Yayılan xəbərlərdə bildirilir ki, əməliyyatdan sonra, vasitəçilik edən yunan şirkəti "yoxa çıxıb". Araşdırma zamanı bəlli olub ki, şirkətin telefon nömrələri məsələylə heç bir əlaqəsi olmaya İngiltərə vətəndaşının adınadır. Hazırda ABŞ xüsusi xidmət orqanlarının məsələni araşdırdığı bildirilir.

Qeyd edək ki, İranla İsrail arasında heç bir əlaqənin olmadığını , bu iki dövlətin düşmən olduğu dəfələrlə bəyan edilib. İran nüvə proqramı ilə bağlı embarqoya məruz qalıb. Bu səbəbdən də İsrailin İrana hərbi avadanlıqlar satması iddiaları mətbuatda yer aldıqdan sonra qalmaqala səbəb olub./avropa.info/


Müəllif: