13 Fevral 2015 23:46
580

Ukrayna prezidenti Pyotr Poroşenko və Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin davranışını “çirkli və iyrənc” adlandırıblar.

Publika.az-ın məlumatına görə, iki prezidentin Minskdə keçirilən “Normandiya dördlüyü” çərçivəsindəki söhbəti təsadüfən kameralara düşüb. Videodan görünür ki, Lukaşenko Poroşenkodan danışıqların necə keçdiyini soruşur.

Ukrayna prezidenti cavab olaraq “ağırdır, çox ağırdır” deyir və “o, çirkli, iyrənc oynayır” deyə əlavə edir. Öz növbəsində, Lukaşenko: “Bilirəm. Artıq bunu hamı anlayıb”,- söyləyir.


Müəllif: