17 Fevral 2015 09:03
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərq vilayətində dünən də atışma səsləri eşdilib. Uqleqorsk şəhərində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında döyüşlər olub. Anti-terror əməliyyatçıları üsyançıların mövqelərini top atəşinə tutub.

Döyüşlər zamanı Kiyev qüvvələrinin mühasirəyə düşdüyü bildirilir. Məlumata görə, ukraynalı əsgərlər Debaltsevo şəhərini geri qaytarmaq üçün irimiqyaslı hücumlara hazırlaşırlar.

Ukraynada münaqişələr başlayandan indiyə kimi 5 600-dən çox insan ölüb. Birləşmiş Millətlər Təşkilatı bu barədə açıqlama verib.

Bir müddət əvvəl Belarusun paytaxtı Minksdə əldə olunan atəşkəs razılaşmasının icra olunmaması danışıqlarda iştirak edən Avropa rəsmilərini dərindən narahat edib.

Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Oland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında vəziyyətə dair telefon danışıqları olub. Merkel gərginliklə əlaqədar həyəcan təbili çalıb. Rəsmilər Debaltsevoda monitorinqə imkan yaradılması üçün çağırışlar ediblər.


Müəllif: