1 Mart 2015 07:56
445

Venesuela prezidenti Nikolas Maduro ABŞ-a viza rejiminin tətbiq olunduğunu elan edib.

Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, Venesuela lideri bu yolla Amerika təsirini nəzarətə almaq niyyətində olduğunu bildirib.

Maduro həmçinin ABŞ-ın Karakasdakı diplomatik korpusunun heyət tərkibini nəzərdən keçirərək ixtisar edilməsinə dair göstəriş verib.

Venesuela prezidenti qeyd edib ki, ABŞ-ın Karakasda 100-dək diplomatı olduğu halda Venesuelanın ABŞ-dakı səfirliyində cəmi 17 əməkdaş çalışır.


Müəllif: