3 Mart 2015 08:44
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çad hökumət qoşunları Nigeriyanın şimal-şərqində yerləşən Dikva şəhərini “Boko Haram” terrorçu qruplaşmasından azad edib.

Teleqraf.com-un TASS-a istinadən məlumatına görə, bu barədə Çad Silahlı Qüvvələrinin nümayəndəsi Azem Bermandua bildirib.

“Şəhər tam olaraq nəzarətimiz altındadır. Əməliyyat nəticəsində 1 əsgərimiz həlak olub, ekstremistlər isə çoxsaylı itkilər verib”, deyə A.Bermandua bildirib.

Məlum olduğu kimi, Çad ordusu 2015-ci ilin fevralından etibarən Nigeriya ərazisində “Boko Haram” terrorçu qruplaşmasına qarşı əməliyyatlarda iştirak edir. Həmçinin, rəsmi Ncamena Kamerun və Niger-Nigeriyanın sərhədinə qoşunlarını göndərib.


Müəllif: