3 Mart 2015 22:49

“İran rejimi dünya ictimaiyyəti üçün ciddi təhlükə yaradır”.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İsrailin baş naziri Binyamin Netanyahu çıxışında bildirib.

“1979-cu ildə baş vermiş İran inqilabının ideologiyası öz kökləri ilə radikal islamın dərin qatlarına gedir”, deyə o ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı bildirib.

Netanyahunun sözlərinə görə, “İran və İŞİD radikal islamda liderlik uğrunda yarışır. Onlar ilk öncə region üçün, sonra isə bütün dünya üçün təhlükə yaradır”.

Qeyd edək ki, Netanyahunun ABŞ Konqresində çıxışı respublikaçıların dəvəti əsasında baş tutub.

İsrailin baş nazirinin səfəri Amerika administrasiyası tərəfindən tənqidlə qarşılanıb. Belə ki, ABŞ administrasiyası Netanyahunun diplomatik protokolu pozduğunu iddia edir.

Ağ Ev hesab edir ki, İranın nüvə probleminin nizamlanmasına dair “altılıq” ölkələrinin Tehranla danışıqları davam etdirilməlidir.


Müəllif: