16 May 2014 16:45
432

ABŞ-da kommunikasiya şəbəkələrini tənzim edən orqanlar ölkədə internet fəaliyyətlərinin geniş şəkildə dəyişilməsini təklif edir.


Federal Kommunikasiya komissiyası bildirib ki, əsas internet şirkətləri olan “AT&T” və “Comcast” şirkətlərini Google və Facebook kimi sosial media şirkətləri ilə razılaşma imzalamağa hazırlaşır.
Razılaşmaya əsasən, onların təklif etdiyi xidmətlər istifadəçilərə daha tez çatdırılacaq.

Halbuki, plan üzrə çatdırılma imkanları hələ də sual altındadır. Eyni zamanda yeni təklifə əsasən internet provayderlərinin veb səhifələrinin bloklanması qadağan edilir.

Mübahisəli təklif həm istifadəçilər, həm də bəzi internet şirkətləri tərəfindən narazılıqla qarşılanır. Onlar internetə daxil olma imkanlarının bərabər, neytral xarakter daşımalı olduğunu bildirir.

Federal Kommunikasiya komissiyasının sədri Tom Veeler deyib ki, təklifdə maliyyə baxımından qeyri-münasib razılaşmaların əldə edilməsi nəzərdə tutulmur. Onun sözlərinə görə, yeni plan istifadəçilər üçün daha aşağı sürətli internet yükləmələri ilə nəticələnməyəcək.

Agentlik təklifin 120 gün ərzində ictimai müzakirəyə çıxarmağa çağırır. Müzakirəyə çıxarılan suallardan biri internetin telefon və elektrik xidməti kimi kommunal xidmət elan edilib-edilməməsi ilə bağlıdır. Belə olan təqdirdə internetə daha geniş hökumət nəzarəti tətbiq edilə bilər.

Ülviyyə


Müəllif: