5 Mart 2015 06:53
324

Martın 5-də Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Teleqraf.com-un UNN agentliyinə istinadən məlumatına görə, bu barədə Ukrayna XİN-in nümayəndəsi Yevgeni Perebeynis bildirib.

“Səfər çərçivəsində Filip Hammondun prezident Pyotr Poroşenko, həmçinin baş nazir, Ali Radanın sədri və Ukrayna xarici işlər naziri ilə görüşləri planlaşdırılıb”, deyə Y.Perebeynis qeyd edib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.


Müəllif: