5 Mart 2015 03:20
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

FranceTVinfo dünyanın ən bahalı beş şəhərinin siyahısını dərc edib. Siyahı 160 məhsulun və əhaliyə göstərilən xidmətin qiymətləndirilmə əmsalına görə tərtib edilib.

Teleqraf.com-un məlumatına görə, 2015-ci ilin əvvəlində də dünyanın beş ən bahalı şəhərinin siyahısı dəyişilməz qalıb. Siyahıya ABŞ-ın Nyu-York şəhəri başçılıq edir. İkinci yerdə isə Paris gəlir.

Sonrakı yerləri Oslo, Sürix və Sidney şəhərləri tutur.Asiya qitəsində Sinqapur ən bahalı şəhər hesab edilir. Sinqapurda geyim Nyu-Yorkla müqayisədə 2, nəqliyyatda gediş haqqı isə 3 dəfə bahadır.Dünya bazarında neftin qiymətinin düşməsi bir çox ölkələrdə məhsulların qiymətinə nəzərəçarpacaq dərəcədə təsir edib.

Venesuelanın paytaxtı Karakas bahalı şəhərlər siyahısında altıncı yerə çıxıb. Halbuki bir neçə il bundan əvvəl qiymətləndirmə əmsalında Karakas 124-cü yerdə gəlirdi.Dünyanın ən ucuz şəhərləri siyahısına isə həmişə olduğu kimi Kəraçi başçılıq edir.


Müəllif: