7 Mart 2015 14:35

ABŞ Ukraynaya silah yardımı etsə, Rusiya Kiyevə hücum edəcək.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə “Xalq Cəbhəsi” fraksiyasından olan deputat Anton Qeraşenko açıqlama verib.

Onun sözlərinə görə, o, bu məsələni Vaşinqtonda olarkən araşdırıb: “Vaşinqtonda olarkən analitiklərlə görüşdüm. Onlardan Obamanın Ukraynaya silah verməsi ilə bağlı qərarının konqres tərəfindən belə inadla rədd edilməsinin səbəbini soruşdum. Onlar dedilər ki, Putin Obamaya xəbərdarlıq edib ki, əgər ABŞ Ukraynaya silah göndərsə, Rusiya Kiyevə qoşun yeridəcək. Düşünürəm ki, əgər ABŞ Ukraynaya silah göndərsə, biz Donbas və Krımı geri ala bilərik”.

Samir


Müəllif: