13 Mart 2015 12:20

Çexiya təhlükəsizlik xidməti Praqada işləyən üç Rusiya diplomatını casusluqda ittiham edir.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Rusiya rəsmiləri açıqlama verməyib. Məlumatlara görə, şübhəlilərdən ikisi Praqada Rusiya səfirliyinin daimi əməkdaşlarıdır, üçüncü şəxs müvəqqəti ezam olunub, lakin o da başqa ölkədə Rusiya diplomatik missiyasının daimi işçisidir.

Yerli KİV-lərinin məlumatına görə, hər üçü də artıq Çexiyanı tərk edib.

Çexiya KİV-lərinin yazdığına görə, münaqişənin daha da dərinləşməsindən qaçmaq üçün Çexiya hakimiyyəti Rusiya diplomatlarını ölkədən sürgün etməyib, sadəcə onların ölkədə qalmaq icazələrinin müddətini uzatmayıb.

Yayılan bəzi xəbərlərdə isə bildirilir ki, Rusiya buna cavab olaraq, Moskvadakı Çexiya səfirliyi əməkdaşına öz ərazisində qalmağı qadağan edib, daha bir diplomata akreditasiya verməyib.

Samir


Müəllif: