16 Mart 2015 18:37
316

Suriyadakı bütün problemlər Əsəd rejimi ilə bağlıdır.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Con Kerrinin Suriya məsələsində Əsəd rejimilə müzakirənin vacibliyi ilə bağlı səsləndirdiyi fikirə münasibətində bildirib.

Onun sözlərinə görə, Suriyada vəziyyətin yaxşılaşması üçün hazırki rejim dəyişməlidir: “Əsədlə müzakirə edəcək nə var? 200 mindən çox insan öldürən və kimyəvi silah istifadə edən rejimlə nəyi müzakirə edəcəksiniz? Bu günə qədərki müzakirələrdən hansı nəticə ortaya çıxdı?”

Samir


Müəllif: