“Ukraynaya milli lider lazımdır. O, olmayan təqdirdə, Ukraynada hərc-mərclik hökm sürəcək”.
Axar.az xəbər verir ki, bu sözləri Belorusiyanın prezidenti Aleksandr Lukaşenko söyləyib.
Onun sözlərinə görə, qanun baxımından Donetsk və Luqansk bölgələrində keçirilən referendumun heç bir mənası yoxdur:
“Ukraynanın Donetsk və Luqansk ərazilərində keçirilən referendumun qanun baxımından mənası yoxdur. Hələ mən o refrendumun hansı şərtlər altında keçirilməsindən danışmıram... Hər bir referendum konstitusiyaya əsasında keçirilməlidir”.