7 İyul 2015 19:24
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrozona maliyyə nazirlərinin toplantısına az qalmış Yunanıstanın Avropa Birliyinə təqdim edəcəyi təkliflər paketi mətbuata sızıb.

Maliyyə naziri Euclid Çakalotos 26 iyun tarixində təqdim edilən bəzi təkliflərlə razılaşıb. Çipras kabineti bu yaxınlaşma ilə iqtisadiyyatın onurğa sütunu sayılan turizm və gəmiçilik sektorunun qorunmasını təmin edəcək.

Yeni razılığa əsasən, təqaüdçülərin maaşlarında əhəmiyyətli nisbətdə məhdudiyyətlər nəzərdə tutulur. Çünki Afinanın təqdim etdiyi yeni təklifdə təqaüdçü maaşlarındakı rəqəmlər avropalıların istədiyi nisbətdə olmasa belə, olduqca əhəmiyyətlidir. Hökumətin hədəfi bir il ərzində 450-900 milyon avro civarında məhdudiyyətə nail olmaqdır.

Afinanın təklifində otellərdəki vergi nisbəti 23 faizdən 13 faizə enəcək. Eyni zamanda kirayə vergisi 13 faizdən 23 faizə qaldırılacaq. Qida maddələrində yalnız müəyyən və məhdud bir kateqoriya üçün 13 faizlik vergi nisbəti nəzərdə tutulur. Digər kateqoriyalara isə 23 faiz vergi tətbiq olunacaq. Hökumət adalara qoyulan 30 faiz vergi endirimini qorumağı hədəfləyir.

/Axar.az/


Müəllif: