5 İyun 2014 11:13
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Nyu-Brunsvik əyalətində gecə saatlarında baş verən atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 2-si isə yaralanıb.

ANS PRESS-in məlumatına görə, Kanada polisi təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açmaqda şübhəli bilinən şəxsin axtarışlarına başlayıb. 24 yaşlı həmin gəncin hərbi geyimdə olduğu və üzərində iki avtomat silahı gəzdirdiyi bildirilir.

Hadisənin baş verdiyi Monkton şəhərinin əksər yolları axtarış əməliyyatı çərçivəsində bağlanıb, bu isə nəqliyyatın hərəkətini iflic edib.


Müəllif: