12 İyun 2014 15:48
3 838

Gənclərin əyləncəsi bədbəxt hadisə ilə sonlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə İngiltərdə baş verib. 19 yaşlı Anastasia Tutik ilə 18 yaşlı Miguelin balkon macərası ölümlə nəticələnib. Belə ki, dostlarının evində əylənən cütlük daha sonra balkonda öpüşməyə başlayıb. Bir anda müvazinətlərini itirən hər iki gənc 9-cu mərtəbədən yerə düşüblər. Hər iki gənc dünyasını dəyişib.

Qeyd edək ki, gənclərin universitetə qəbul olmaqlarının sevincini yaşamaq üçün əyləncə təşkil etdikləri məlum olub. Dəhşətli hadisənin şahidi isə qonşu blokdakı 32 yaşlı Samson Oguntayo olub. Faktla bağlı araşdırma davam edir.

Dəniz Əliyeva


Müəllif: