5 Aprel 2016 19:05
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş naziri Dmitri Medvedyev İrəvan səfərini ləğv edib.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin hökumətlərarası şurasının İrəvanda keçiriləcək sammiti qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Rusiyanın baş naziri 7-8 apreldə Ermənistana gəlməli, Avrasiya İqtisadi İttifaqının toplantısında iştirakdan sonra, Ermənistanın rəhbərliyi ilə danışıqlar aparmalı idi.

Medvedyevin İrəvan səfərinin hazırlıqları ilə məşğul olan qrup İrəvanda səfərdə olsa da, baş nazirin səfəri ləğv olunub. Qrup üzvlərindən birinin məlumatına görə, Rusiya baş nazirinin İrəvan səfəri Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşməsinə görə ləğv edilib.

Bildirilir ki, belə situasiyada Rusiya baş nazirinin səfəri Ermənistan paytaxtına münaqişə tərəflərindən birinə dəstək kimi qiymətləndirilə bilərdi.

Nərgiz


Müəllif: