6 Aprel 2016 09:45
446

"Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi tamamilə haqlıdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin keçmiş xarici işlər naziri, "İsrail Bizim Evimiz" Partiyasının rəhbəri Aviqdor Liberman deyib.

O, fikilərini tarixi faktlar, coğrafiya və demoqrafiya ilə əsaslandırıb. Ermənistana gəlincə, Liberman İrəvanın məsələnin ciddiliyini tamamilə anlayacağını və hüquq normaları çərçivəsində hərəkət edəcəyini bildirib:

"Mən ümid edirəm ki, hər şeydən əvvəl beynəlxalq cəmiyyət, indiki halda ATƏT-in Minsk Qrupunun bütün üzvləri obyektiv olacaq, faktlara əsaslanacaq, birtərəfli mövqe ortaya qoymayacaqlar. Son 3 gündə baş verənlər sülh prosesinin uzadılmasının yolverilməzliyini bir daha sübut etdi.

Biz Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirirəm".

Samir


Müəllif: