7 Aprel 2016 22:36

Türkiyə təhlükəsizlik qüvvələri Mardinin Nusaybin rayonunda PKK terror təşkilatı döyüşçülərinin hücmuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Diclə məhəlləsində baş verib. Terrorçuların hücumu zamanı 3 polis şəhid olub.

Eyni bölgədə səhər saatlarında terrorçular snayper vasitəsilə daha bir polisi şəhid ediblər.

Samir


Müəllif:
Загрузка...