17 İyun 2014 09:54
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində növbəti icazəsiz aksiya iğtişaşlara çevrilib.

Diyarbəkirin Lice rayonunda Türkiyə bayrağının bir nümayişçi tərəfindən endirilməsinə qarşı etirazlara dəstək vermək üçün bir qrup üzü maskalı şəxs İstanbulun Okmeydanı ərazisində toplaşıb.

İğtişaşlar törədən etirazçılar polisə daş, fişəng və Molotoff kokteyli atıblar. Molotoff kokteyllərindən biri zirehli polis maşınının yanmasına səbəb olub. Yanğın toplu-müdaxilə maşınlarının su şırnağı ilə söndürülüb.

İğtişaşların baş verdiyi yerin qarşısındakı parkda istirahət edən sakinlər isə baş verənləri günəbaxan tumu çırtlayaraq izləyib./anspress/


Müəllif: