1 May 2016 19:10
168

Meksikanın hüquq-mühafizə orqanlarının paytaxda keçirdiyi əməliyyat zamanı tanınmış meksikalı jurnalist və keçmiş deputat Moysesa Daqduqa Lutçovanın ölümünün təşkilində günahkar bilinən şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, Daqduqa bu ilin fevralında yaşadığı Tabasko ştatının Vilyaermose şəhərindəki evində öldürülüb.

Qatil 65 yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vuraraq, öldürülənin avtomobilini də götürərək, qaçıb. İstintaq jurnalistin qətlinin onun peşə fəaliyyəti ilə əlaqəli ola biləcəyini araşdırır.

O da bildirilir ki, jurnalist yerli radiodakı müəllif proqramında ştatın indiki qubernatoru Arturo Nunesa Ximinesanı sərt tənqid edib.


Müəllif: